Mirziyoyev Bakıda Qətər Əmiri Əl-Tani ilə görüşüb
Bu barədə Özbəkistan Prezidentinin mətbuat xıdməti xəbər verib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən AQEM sammiti çərçivəsində Qətər Əmiri Təmim bin Həməd Əl-Tani ilə görüşüb.
Danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlığın perspektivli sahələrini, o cümlədən Özbəkistan nümayəndə heyətinin dekabr ayında Doha Forumunda iştirakını və birgə Hökumətlərarası Komissiya və Biznes Şurasının iclaslarının keçirilməsini müəyyən ediblər.
Bundan əlavə, liderlər aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
1 dəqiqədən az