Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdır
Türkiyə Prezidenti 4-cü Krım Platformasının sammitinə VİDEOmüraciət ünvanlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dördüncü Krım Platformasının sammitinə gəlməyib, lakin video vasitəsilə danışıb və Krımın Ukraynaya qaytarılmasını istəyib.
Ərdoğan bildirib ki, Türkiyə Ukraynanın sərhədləri üzərində nəzarətinin bərpasını dəstəkləyir.
“Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyi sarsılmazdır. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”.