Putin Sankt-Peterburqda Əli Əhmədianı qəbul edib FOTO
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyada BRİKS-ə daxil olan ölkələrin toplantısında iştirak edir
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian ilə görüşüb.
Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib.
Görüşdə Putin qeyd edib ki, "Prioritet layihələr arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı var. Mən bu böyük layihənin həyata keçirilməsində maraqlı olduğumu bir daha təsdiqləyirəm. Həm İran, həm də Rusiya üçün əlbəttə ki, maraqlı və vacib olan bir çox başqa mövzularımız var".
Cavab nitqində Əhmədian vurğulayıb ki, "Rusiya ilə münasibətlərdə, əlaqələrin inkişafında heç bir dəyişiklik olmayıb. Bizim ölkələrimiz arasında münasibətlər kompleksində bütöv mövzular var".