ABŞ Dövlət katibi Antoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa zəng edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Antoni Blinken Fələstin Prezidenti Mahmud Abbasa zəng edərək Qəzzada Əl-Əhli xəstəxanasındakı partlayış nəticəsində həlak olan mülki vətəndaşlara görə ona başsağlığı verib.
"Dövlət katibi ABŞ-ın Fələstin xalqına davamlı dəstəyini ifadə edərək vurğulayıb ki, HAMAS fələstinliləri və ya onların öz müqəddəratını təyinetmə və ləyaqət, azadlıq, təhlükəsizlik və ədalətlə ilə bağlı qanuni istəklərini təmsil etmir", məlumatda deyilir.