XƏBƏRLƏR / Siyasət

Qazaxıstan və İsrail prezidentləri Bakıda görüş keçiriblər

Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti xəbər verib

Qazaxıstan və İsrail prezidentləri Bakıda görüş keçiriblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstan və İsrail prezidentləri arasında Bakıda görüş keçirilib.

    Qazaxıstan Trezidenti Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə 7-ci Konfransın (CICA) zirvə toplantısı çərçivəsində israilli həmkarı Hersoqla görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini, xüsusən də ticarət, iqtisadi və investisiya əməkdaşlığını müzakirə ediblər.

    Hersoq Qazaxıstanın Qəzza Sülh Şurasına qoşulmasını alqışlayıb və bunu sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə adlandırıb. Həmçinin, Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar. Tokayev öz növbəsində Astananın gərginliyin azaldılması və münaqişələrin yalnız diplomatiya yolu ilə həll edilməsinin vacibliyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.