XƏBƏRLƏR / Siyasət

AK Trampın Rusiyadan qaz almaq təklifini rədd edib

Avropa Komissiyası münaqişə tam başa çatanadək Rusiyaya qarşı heç bir sanksiyanı ləğv etmək niyyətində olmadığını təsdiqləyib

AK Trampın Rusiyadan qaz almaq təklifini rədd edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa Komissiyası Ukraynada atəşkəs məsələsinin müzakirəsi çərçivəsində Rusiyadan qaz alışının bərpa olunması ilə bağlı ABŞ-ın təklifini rədd edib və münaqişə tam başa çatanadək Rusiyaya qarşı heç bir sanksiyanı ləğv etmək niyyətində olmadığını təsdiqləyib.

    TASS xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

    “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha əvvəl Rusiyaya qarşı heç bir məhdudiyyəti müharibə tam başa çatanadək ləğv etməyəcəyini açıq şəkildə bəyan edib”, - Paula Pinyo qeyd edib.

    O xatırladıb ki, oktyabrın 15-16-da keçirilən Aİ sammitində ABŞ-ın Rusiyaya qarşı məhdudiyyətləri yumşaltmaq və Rusiya dizel yanacağının alışına başlamaq qərarından məyusluq ifadə olunub.

    Paula Pinyo həmçinin Avropa Komissiyasının Aİ və ABŞ tərəfindən Rusiyaya qarşı əlaqələndirilmiş sanksiyaların tətbiqinə ehtiyac olduğuna inandığını bir daha vurğulayıb. Onun sözlərinə görə, bu cür sanksiyalar Rusiyanı Kiyevin şərtləri əsasında hərbi əməliyyatları dayandırmağa razı sala bilər.