İtaliya İsraillə müdafiə müqaviləsini dayandırır FOTO
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib
İtaliya İsraillə müdafiə sahəsində imzaladığı razılaşmanı dayandırır.
“The Times of Israel”in xəbərinə görə, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib.
“Mövcud vəziyyəti nəzərə aldıqda, hökumət İsraillə hərbi razılaşmanın avtomatik yenilənməsinin dayandırılması ilə bağlı qərar verdi”, - Meloni vurğulayıb.

“Ynet”ə danışan İsrail mənbələri isə sözügedən razılaşmanın təhlükəsizlik sazişi olmadığını, sadəcə anlaşma memorandumu olduğunu və o qədər də əhəmiyyət daşımadığını qeyd ediblər.
1 dəqiqədən az