XƏBƏRLƏR / Siyasət

Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir

Ölkəmiz ötən ilin dekabr ayında Təşkilatın üzvüyünə qəbul edilib

Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir.

    Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzularının D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilib.

    Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 təşkilatının 27 il əvvəl yaradılmasından sonra bu Təşkilatın üzvüyünə qəbul edilmiş ilk ölkə olub.

    Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş va Malaziya daxildir.

    İndi Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrıik edəcəkdir.

    İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edirlər. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak ediblər.