XƏBƏRLƏR / Siyasət

İraq Prezidenti Mikayıl Cabbarovu qəbul edib

Azərbaycanın iqtisadiyyat naziri İraqda səfərdədir

İraq Prezidenti Mikayıl Cabbarovu qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İraq Prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib.

    Abdel Lətif Camal Rəşid və Mikayıl Cabbarov mövcud iqtisadi potensialın reallaşdırılması imkanlarını araşdırıblar.

    ***

    Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə İraqın baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb.

    Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" platformasındakı hesabında məlumat paylaşıb.

    Nazirin sözlərinə görə, danışıqların mərkəzində "yaşıl" enerji üzrə potensial əməkdaşlıq imkanları dayanıb.

    "İraqa səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşdük. "Yaşıl" enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə M.Cabbarov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan tərəfi iraqlı həmkarlarını Azərbaycanın "yaşıl" enerjiyə keçiddə məqsədləri, SOCAR tərəfindən xarici tərəfdaşların iştirakı ilə həyata keçirilən layihələr və enerji məsələləri üzrə əməkdaşlıq imkanları barədə məlumatlandırıb.