XƏBƏRLƏR / Siyasət

Tramp Putinlə telefonla danışıb YENİLƏNİB

Bu barədə Trampın özü "Truth Social" sosial şəbəkəsində məlumat verib

Tramp Putinlə telefonla danışıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:23
    Tramp Putinlə 2 satlıq telefon danışığı haqda "Truth Social"da yazıb:

    "Mən indicə prezident Putinlə çox məhsuldar söhbəti bitirdim. O, məni və ABŞ-ı Yaxın Şərqdə sülhün əldə olunması münasibətilə təbrik etdi və bildirdi ki, bu, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasına kömək edə bilər.

    Biz müharibədən sonrakı ticarəti müzakirə etdik və dövlət katibi Marko Rubionun başçılığı ilə baş məsləhətçilərimizin gələn həftə görüşməsi barədə razılığa gəldik.

    Bundan sonra Putinlə mən Budapeştdə görüşərək müharibəni dayandırmağın yollarını müzakirə edəcəyik.

    Sabah bu söhbəti müzakirə etmək üçün prezident Zelenski ilə Oval kabinetdə görüşəcəyəm. Çox irəliləyiş əldə olunub”.


    ***
    21:15

    ABŞ və Rusiya gələn həftə yüksək səviyyəli görüş keçirəcək, Putin və Tramp razılaşıb, Ağ Ev bildirib.

    Görüş müşavirlər səviyəsində baş tutacaq. 
    ***

    19:36
    ABŞ prezidenti Donald Tramp bildirib ki, hazırda Putinlə telefon danışığı aparır

    Bu barədə Trampın özü "Truth Social" sosial şəbəkəsində məlumat verib.

    "Hazırda Prezident Putinlə danışıram. Söhbət davam edir və kifayət qədər ətraflıdır. Söhbətin sonunda Prezident Putin kimi mən də məlumat verəcəyəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - o qeyd edib.

    Tramp Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə etmək fikirindədir  

    Bu barədə "Axios" nəşri mənbəyə istinadən bildirib.

    Telefon danışığı ABŞ Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında sabahkı görüşdən əvvəl baş tutur.