Türkiyə Suriyaya hərbi texnika göndərməyi planlaşdırır
Bu barədə Bloombeg agentliyi yazır

Bloomberg xəbər verir ki, Türkiyə prezident Əhməd əl-Şaraa dəstək üçün Suriyaya hərbi texnika, o cümlədən pilotsuz təyyarələr, raketlər və hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırır.
Ankara həmçinin ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF/PKK/YPG terror təşkilatı) nəzarətində olan ərazilərə diqqət yetirərək, sərhədyanı təhlükəsizlik dəhlizini 5 kilometrdən 30 kilometrə qədər genişləndirməyi hədəfləyir.
Silah sistemləri cənub-qərbdə İsraillə gərginliyin qarşısını almaq üçün ilk növbədə Suriyanın şimalında yerləşdiriləcək.