Ərdoğanın İsveçin NATO-ya qoşulması üçün Aİ-na yeni şərti
NATO sammitinə yollanan Türkiyə Prezidenti jurnalistlərin suallarını cavablandırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qoşulması üçün yeni şərt irəli sürüb.
Vilnüs sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı yolu açılmalıdır.
“Bizə verilən sözlərin tutulmasını istəyirik. Əvvəlcə gəlin Türkiyənin Avropa İttifaqında önünü açın, ondan sonra biz də Finlandiya ilə bağlı necə önünü açmışıqsa, İsveçin də önünü açaq. 50 ildir Aİ qapısında gözlədilən bir Türkiyə var”, - Ərdoğan qeyd edib.
Ərdoğan bu məsələni Baydenlə də müzakirə etdiyini diqqətə çatdırıb.