"Telegram"ın sahibi Rusiya hakimiyyətinə cavab verdi
Rusiyanın "Rosfinmonitorinq" xidməti Pavel Durovu terrorçu/ekstremist elan edib YENİLƏNİB
21:25
Səhv salmayın: Terrorçu və hörmətli tərəfdaşlar
"Rosfinmonitorinq" onu terrorçular və ekstremistlər siyahısına əlavə etdikdən sonra Pavel Durov "Telegram" kanalında "mem" paylaşıb.
Durov özünün Telegram kanalında yazıb: "Rusiya məni Telegram-da kütləvi nəzarət və senzura tələblərini yerinə yetirməkdən imtina etdiyim üçün 'terrorçu' elan edib. Rusiya qanunvericiliyinə əsasən, mənə 'internetdə məlumat dərc etmək' qadağandır. Rusiya rəsmiləri kimin kimə internetdə qadağan edə biləcəyi barədə açıq-aydın çaşqınlıq içindədirlər".
***
16:21
Rusiyanın "Rosfinmonitorinq" Xidməti (Maliyyə Monitorinqi üzrə Federal Xidmət) Telegram-ın təsisçisi və sahibi Pavel Durov ekstremistlər və terrorçular reyestrinə əlavə edilib.

Bunun "Telegram"ın Rusiyada qadağan olunduğu anlamına gəlib-gəlmədiyi hələ bəlli deyil.
Durov özü hələ bu barədə mövqeyini bildirməyib.

Əslində, Telegram Rusiyada xeyli müddətdir bloklanıb."Telegram" özü, "Meta"dan fərqli olaraq, terrorçu/ekstremist təşkilat kimi tanınmır. Bu, rusların cəzalandırılmadığı müddətcə "Meta"nın "Facebook" və "Instagram" kimi xidmətlərindən istifadə etməsinə mane olmur. Bununla belə, terrorçu/ekstremist təşkilatın simvollarını nümayiş etdirmək cəzalandırılır.
Amma yenə də, "Telegram" hələ ki, məhkəmələrin qərarı yoxdursa, belə bir statusa malik deyil.
1 dəqiqə