ABŞ Dövlət Departamentinin nümayəndəsi yenə İrəvana gəlib
Lui Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib, Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qriqoryan Bonoya İrəvanın regionda uzunmüddətli sülhün bərqərar olması ilə bağlı mövqeyindən danışıb.