Sülhməramlılar gələn il də Qarabağdadırlar
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib
2023-cü ildə Rusiya sülhməramlıları Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. "Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır və olmağa davam edəcək",- deyə Şoyqu bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 5 il müddətinə Qarabağa yerləşdirilib. Geridə qalan iki il ərzində sülhməramlılar öz missiyalarını yerinə yetirmək əvəzinə, erməni separatçılarına dəstək nümayiş etdiriblər. Bu isə Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olub və sülhməramlı qüvvələrin vaxtından əvvəl Qarabağdan çıxarılması tələb olunub. Şoyqu isə bugünkü açıqlaması ilə rus hərbçilərin gələn il də Qarabağda qalacağını rəsmən bəyan etmiş oldu.