XƏBƏRLƏR / Siyasət

Misir Prezidenti Azərbaycana gəldi

Bu barədə rəsmi mənbələr xəbər verib

Misir Prezidenti Azərbaycana gəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.