XƏBƏRLƏR / Siyasət

ABŞ Türkiyəyə ultimatum verdi - Azərbaycanı dəstəkləmə!

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib

ABŞ Türkiyəyə ultimatum verdi - Azərbaycanı dəstəkləmə!
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Türkiyədən Azərbaycana dəstəyi dayandırmağı tələb edib. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib.

    “Təhlükəsizlik məsələsində Türkiyəni şantaj edənin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Türkiyə şantajlara boyun əyməyəcək. Hər dəfə... F-16, F-35 qırıcıları ilə bağlı bəhanələr uydururlar... ABŞ Türkiyədən Qarabağ məsələsində Azərbaycana dəstəyi dayandırmağı tələb edirdi. Azərbaycan Qarabağı azad edəndə Türkiyəni şantaj etdilər, Azərbaycana dəstək vermənin bu döyüşçülərin göndərilməsinin qarşısını alacağını açıq şəkildə bildirdilər”, - deyə Çelik bildirib.

    Çelik mətbuat konfransı zamanı bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında davam edən müzakirələrin sülh sazişi ilə nəticələnməsini arzu edir.

    O qeyd edib ki, Ermənistanın destruktiv addımlardan əl çəkdiyi təqdirdə, "3+3" əməkdaşlıq formatı bölgədə sülh üçün böyük töhfə verəcək.

    “Minsk Qrupu 30 il ərzində nəticəyönümlü diplomatiyanı işə salmayaraq, haqsız status-kvonun mövcudluğunu qorumaqdan başqa heç bir şey etmədi. Nəticə etibarı ilə Azərbaycan Qarabağ savaşı ilə öz torpaqlarına qovuşdu. Türkiyə asanlaşdırıcı rolunu Azərbaycanla, cənab İlham Əliyevlə tam koordinasiyalı şəkildə davam etdirir. Xüsusi təmsilçilərin də danışıqlara töhfəsi var ki, bu da “gəlin məsələni həll edək, imperialistləri, bölgədən kənar xarici gücləri bu məsləyə qatmayaq” prinsipinə əsaslanır”, - deyə o vurğulayıb.