Ursula fon der Lyayen: Aİ Ermənistana missiya göndərir
Bunu o Paşinyanla görüşdən sonra Twitter hesabında yazıb
Aİ Ermənistana 100 nəfərlik missiya göndərir
Avropa İttifaqı gələn həftə Ermənistana 100 nəfərlik mülki missiya göndərməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Tvitter hesabında məlumat verib.
"Aİ gələn həftə sülh və sabitliyi təşviq etmək üçün 100 nəfərdən ibarət missiya göndərəcək. Biz demokratik islahatlar vasitəsilə əldə edilən irəliləyişi alqışlayırıq və iqtisadi investisiya planımızın potensialına əsaslanacağıq", - bəyanatda deyilir.