Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə iştirak etməkdən imtina edib. "RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, sözügedən görüş dekabrın 23-nə planlaşdırılmışdı və orada sülh müqaviləsinin hazırlanması istiqamətində müzakirələr nəzərdə tutulmuşdu.