XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitinə gedəcək

Avropa Siyasi Birliyinin Sammiti iyulun 17-20-də Londonda keçiriləcək

İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitinə gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək.

    Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək.

    Ermənistanın baş naziri Nikol Paşinyan da Avropa Siyasi Birliyinin 4-cü sammiti üçün Londona gedib.“İyulun 17-20-də bir sıra beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşlər də planlaşdırılır”, - Ermənistan Nazirlər Kabineti bildirir. Qeyd edək ki, Paşinyan Almaniyada məzuniyyətdə idi.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyulun 18-də Böyük Britaniyada keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iştirak edəcək.

    Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

    Gürcüstanın Baş nazirini bu səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Joliani müşayiət edəcəklər.

    Xatırladaq ki, bundan əvvəl sammit 2022-ci ilin oktyabında Çexiyada (Praqa), 2023-cü ilin iyununda Moldovada (Bulboaca), 2023-cü ilin oktyabrında İspaniyada (Qranada) keçirilib.