Hakan Fidan və Yaşar Gülər Nigerdə səfərdədir
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar Nigerdə səfərdədirlər.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Türkiyənin adları çəkilən rəsmiləri Nameydə Nigerin baş naziri Əli Mahamane Lamine Zeinenin sədrliyi ilə keçirilən toplantıda iştirak ediblər.