Mişel: Ağdam-Əsgəran marşrutunun açılması mühüm addımdır
Aİ Prezidenti Şarl Mişelin Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bəyanatı dərc olunub
Ağdam-Əsgəran marşrutunun açılması mühüm addımdır
Avropa Şurasının saytında Aİ Prezidentinin Şarl Mişelin Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bəyanatı dərc olunub.
Bəyanatda deyilir: “1 sentyabr 2023-cü il tarixli bəyanatımızda açıqlanan elementlər və təkliflərə uyğun olaraq, Aİ Prezidenti Şarl Mişel gərginliyin azaldılmasına diqqət yetirməklə bu və digər yanaşmaları təşviq etmək üçün fəal işləməyə davam etdi.
Onun ofisi ilə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə gündəlik qarşılıqlı əlaqəsi ilə gücləndirilən səylər gərginliyin azaldılmasına yönəlib. Bu kontekstdə Rusiyanın humanitar yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeyd edirik. Biz bu addımın həssaslığını başa düşürük və ümid edirik ki, bu, yerli əhalinin müntəzəm təchizatının bərpasına təkan verəcək. Ağdam-Əsgəran marşrutunun açılması Laçın dəhlizinin işinin bərpasına töhfə verməli olan mühüm addımdır (sitat gətirir - red). Biz bütün maraqlı tərəfləri həm Laçın, həm də Ağdam marşrutlarından istifadə imkanlarının təmin edilməsində məsuliyyət və çeviklik nümayiş etdirməyə çağırırıq”.