Putin Kim Çen Inla görüşdü VİDEO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Şimali Koreya lideri Kim Çen In qatarla Amur vilayətindəki Vostoçnı kosmodromunun dəmir yolu stansiyasına gəlib. 

    Burada onu Rusiya Prezidenti Vladimir Putin qarşılayıb. 

    Onların görüşü yeni “Anqara” raketinin yığıldığı binada keçirilib.

    İki ölkə liderləri qısa söhbət ediblər. Onların kosmodromda bir sıra obyektlərə, o cümlədən “Soyuz-2” daşıyıcı raketinin buraxılış kompleksinə baxış keçirmələri gözlənilir. Kosmodromla tanışlıqdan sonra Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə yüksək səviyyəli Rusiya-Koreya danışıqları aparılacaq. Kreml görüşlərdən sonra mətbuat konfransının planlaşdırılmadığını bildirib.