XƏBƏRLƏR / Siyasət

ABŞ UNESCO-dan çıxdı

Bu barədə Ağ Evin mətbuat katibi müavini Anna Kelli bildirib

ABŞ UNESCO-dan çıxdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların UNESCO-dan çıxması barədə qərar qəbul edib.

    TASS-ın verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi müavini Anna Kelli bildirib.

    "Prezident Donald Tramp ABŞ-ni UNESCO-dan çıxarmaq qərarına gəlib. Çünki təşkilat ABŞ maraqlarına uyğun olmayan təşəbbüsləri dəstəkləyir", - o, “New York Post” qəzetinə şərhində bildirib.

    A.Kelli əlavə edib ki, Tramp administrasiyası "ölkənin bütün beynəlxalq təşkilatlarda üzvlüyünün ABŞ-nin milli maraqlarına uyğun olmasını" diqqətlə izləyir.