"Azad olunmuş ərazilərə getmək üçün indi doğru zaman deyil"
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu gün deyib

ABŞ səfiri Mark Libbi Azərbaycanın azad olunmuş ərazilərinə səfər etmək istədiyini bildirib.
O, bu barədə Azərbaycan mediasına müsahibəsində bildirib.
“Hətta bəzən eşidirəm ki, niyə ABŞ səfiri bu ərazilərə getmir? Nə zaman gedəcəyimi bilmirəm, ancaq gedəcəyəm. Lakin hesab edirəm ki, indi doğru zaman deyil, təzyiq altında getməyə və ya getməməyə qərar vermək istəmirəm”, - diplomat qeyd edib.