XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Özbəkistana dövlət səfəri edir

Bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti xəbər verir

İlham Əliyev Özbəkistana dövlət səfəri edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistanda dövlət səfərində olacaq.

    Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə ən yüksək səviyyədə danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır.

    Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxildir.

    Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, əməkdaşlıq layihələrinin yeni portfelinin formalaşdırılması, işgüzar əlaqələrin, o cümlədən regionlararası mübadilə çərçivəsində inkişaf etdirilməsi, nəqliyyat-kommunikasiya potensialının açılması, mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi və sair müzakirə olunacaq.

    Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.