XƏBƏRLƏR / Siyasət

Paşinyan sərhədin demarkasiyası üzrə iki işçi qrup yaratdı

Ermənistan KİV-i xəbər verir

Paşinyan sərhədin demarkasiyası üzrə iki işçi qrup yaratdı
Nikol Paşinyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası məsələləri üzrə komissiyanın nəzdində Tavuş vilayətinin sakinləri və Ermənistanın təhlükəsizlik blokunun nümayəndələrinin daxil olduğu iki işçi qrup yaradılıb.

    Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq qərarda deyilir.

    Bildirilib ki, hökumətin qərarına əsasən, Ermənistan və Azərbaycanın yaşayış məntəqələri arasında geodeziya işləri aparıldıqdan sonra koordinatların dəqiqləşdirilməsi, müvafiq protokol və təsvirin yaradılması məqsədilə işçi qruplar yaradılıb: müvafiq olaraq Bağanis - Bağanis Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və Berkaber - Qızılhacılı.