XƏBƏRLƏR / Siyasət

Overçuk İrəvan və Bakı ilə cari münasibətlərə toxunub

Rusiya Baş nazirinin müavini Azərbaycanla Ermənistan sazişınə ehtiyatlı nikbinliklə yanaşır

Overçuk İrəvan və Bakı ilə cari münasibətlərə toxunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Azərbaycanla Ermənistan arasında paraflanmış sazişə ehtiyatlı nikbinliklə yanaşır.

    Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun sessiyasında deyib.

    “Bu, həm də bizim böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir”, - o qeyd edib.

    O, həmçinin əlavə edib ki, Moskva ilin sonuna kimi Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin ötən illə müqayisədə bu il iki dəfə azalacağını gözləyir. Əgər keçən il 12,4 milyard dollar idisə, bu il altı civarında olacaq.

    "Azərbaycanla isə iqtisadi sahədə əlaqələr çox yaxşı inkişaf edir. Biz daim əlaqələr saxlayırıq, o cümlədən ŞƏT-in sammiti çərçivəsində həmkarlarımızla fəal əlaqə saxlayırıq. Ona görə də Azərbaycanla iqtisadi baxımdan əlaqələr planlaşdırıldığı kimi normal inkişaf edir.

    13 vətəndaşımızın Azərbaycanda həbsdə olması narahatedicidir. Ümid edirik ki, bu insanlar tezliklə öz vətənlərinə qayıdacaqlar. Ümid edirik ki, Azərbaycan rəhbərliyi onların evlərinə buraxılmasında anlayışla yanaşacaq, " - Overçuk qeyd edib.