XƏBƏRLƏR / Siyasət

İlham Əliyev To Lamın şərəfinə dövlət ziyafəti verib

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Azərbaycanda səfərdədir

İlham Əliyev To Lamın şərəfinə dövlət ziyafəti verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin şərəfinə dövlət ziyafəti verilib.

    Ziyafətdə Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı təqdim olunub.