Fransa Ermənistanın ərazi bütövlüyünü qoruya bilməz
Bu fikri Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib
Fransa hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya bilməz. Bu fikri Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.
“Prezident (Makron - red.), bir çox fransızlar və Ermənistanı sevən, bu ölkə ilə əlaqələri olan fransızlar üçün vacib olan bu məsələni şəxsən izləyir. Prezident bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və erməni xalqının müdafiəsi Fransanın mütləq məqsədidir”, - nazir bildirib.
“Biz Ermənistanda indiyədək mövcud olmayan və Ermənistan ordusu, Ermənistan hakimiyyəti ilə gündəlik dialoqa, xüsusən də onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənməyə imkan verən müdafiə missiyası açmışıq. Hər halda aydındır ki, biz Ermənistandan gələn tələbləri nəzərdən keçiririk ki, bu ölkə özünü müdafiə edə bilsin”, - Lekornu bildirib.