Bayramov və Donfrid nə barədə danışıblar?
Azərbaycan xarici işlər naziri və ABŞ dövlət katibinin köməkçisi telefonla danışıblar
Fevralın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid telefonla danışıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, ikitərəfli münasibətlər, regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının vəziyyəti müzakirə olunub.
Bayramov qeyd edib ki, "Laçın yolunda etiraz aksiyası legitimdir və aksiya iştirakçılarının tələbləri yerinə yetirilməlidir". O vurğulayıb ki, "blokada" və "ağır humanitar vəziyyət" barədə iddiaların əsası yoxdur.
Bayramov həmçinin Ermənistanın danışıqların pozulmaması üzrə öhdəlikləri pozduğunu, öz silahlı qüvvələrini Qarabağdan qismən çıxardığını, Azərbaycan ərazisində qanunsuz iqtisadi fəaliyyət apardığını xatırladıb.
Qeyd edək ki, məlumatda Donfridin mövqeyi əks olunmayıb.
Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti Donfridin Bayramovla söhbəti barədə məlumat dərc etməyib və Azərbaycan Xarici İşlər Nazirliyinin press-relizini şərh etməyib.