XƏBƏRLƏR / Siyasət

Dövlət Departamenti: Rusiya Cənubi Qafqazda ABŞ-a mane olmur

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinq zamanı bildirib

Dövlət Departamenti: Rusiya Cənubi Qafqazda ABŞ-a mane olmur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün mühüm diplomatik səylər göstərməsinə mane olmur.

    Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinq zamanı bildirib.

    “Rusiya heç bir şəkildə Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səylər göstərməyimizə mane olmur və biz onları davam etdirəcəyik”, - Miller bildirib.

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da mümkün növbəti görüşünə gəlincə, Miller görüşün tarixini təyin etdikdən sonra Vaşinqtonun müvafiq bəyanatla çıxış edəcəyini vurğulayıb.