XƏBƏRLƏR / Siyasət

İrəvan konkret nəticələrə nail olmaq üçün səmimi olmalıdır

Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “The Guardian”a müsahibəsində bildirib

İrəvan konkret nəticələrə nail olmaq üçün səmimi olmalıdır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sülh prosesinin bu həlledici mərhələsində, bütövlükdə tərəflərin sülh sazişi üzərində razılığa gəlməkdən uzaq olmadığı bir vaxtda İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi öhdəliyi zəruridir. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov “The Guardian”a müsahibəsində bildirib.

    O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi Yerevandan öz təkliflərinə cavab gözləyir.

    Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülhün özü üçün bütün faydalarını tam şəkildə dərk etməli və nəhayət, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və zərərli maxinasiyalardan əl çəkməlidir.

    Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən prezidentin nümayəndəsi eyni zamanda qeyd edib ki, sərhədin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəb və vaxt aparan xarakterini nəzərə alaraq sonrakı mərhələdə həll oluna bilər.

    Elçin Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğuladı ki, Azərbaycan bu məsələdə kənardan heç bir lazımsız müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması ideyasına üstünlük verir. .

    Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin olunmasına gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə Orta Dəhlizlə birləşdirən alternativ marşrutun yaradılması kontekstində deyil, həm də onun milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir. Bu mənada Əmirbəyov vurğulayıb ki, “yerdə” baş verən hadisələrin göstərdiyi kimi, Bakı üç il boş yerə Ermənistandan aydın cavab gözlədikdən sonra daha vaxt itirmək fikrində deyil. Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında faydasını dərk edə bilmirsə, Azərbaycan tərəfindən ona qarşı gözlənilən təcavüzlə bağlı absurd rəvayətləri yaymaqda davam edirsə və regional dalana dirənməkdə davam etmək niyyətindədirsə, o zaman Azərbaycan konkret addımlara və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verərək B Planı adlanan planın həyata keçirilməsinə başlayır.