Kabildə Azərbaycanın iştirakı ilə regional görüş keçirilir
Bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb YENİLƏNİB
12:46
Əfqanıstan və Orta Asiya tədqiqat mərkəzlərinin regional görüşü Kabildə Talibanın Xarici İşlər Nazirliyinin çətiri altında başlayıb.
Görüş Əfqanıstan Strateji Araşdırmalar İnstitutunda keçirilir və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi tərəfindən açılıb. O, regional əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin qiymətləndirilməsini vurğulayıb.
Müttəqi bildirib ki, toplantının məqsədi Əfqanıstan və Orta Asiya arasında regional və ikitərəfli əlaqələri gücləndirmək və qiymətləndirməkdir.
O, həmçinin ABŞ və İran arasında son anlaşmaları alqışlayıb və münaqişənin regiondakı bütün tərəflər üçün zərərli olduğunu bildirib.
Taliban Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycandan strateji tədqiqat mərkəzlərinin rəhbərləri, alimlər və siyasət mütəxəssisləri iştirak edir.
İştirakçıların Əfqanıstan və Orta Asiya arasında regional əlaqə, sabitlik, ticarət, enerji, tranzit, investisiya və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmələri və müzakirələrdən sonra praktik tövsiyələr təqdim etmələri gözlənilir.
***
12:25
Kabildə Mərkəzi Asiya ölkələri və Azərbaycan nümayəndələrinin iştirakı ilə regional görüş keçirilir.
Görüşdə Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Özbəkistan nümayəndə heyyətləri də iştirak edirlər.
Görüşdə regional təhlükəsizlik və sabitlik, iqtisadi əməkdaşlıq və regional əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunur.
Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş regional qarşılıqlı əlaqələri gücləndirmək və ticarət, tranzit və investisiya əməkdaşlığının genişləndirilməsi üçün imkanları araşdırmaq məqsədi daşıyır.
2 dəqiqə