Avropa "Donald Trampın göstərdiyi yola" qoşulmalıdır
Bunu ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib
Münhen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqının "Donald Trampın göstərdiyi yola" qoşulmalı olduğunu bildirdi.
O, həmçinin amerikalıların "Avropanın övladları" olaraq qaldığını vurğuladı. "Bəli, biz Qərb yarımkürəsində yaşayırıq, amma tariximiz italyan səyyahı ilə başlayır. İlk müstəmləkələri ingilislər, sərhədləri isə irlandlar və şotlandlar formalaşdırıb", - deyə Rubio qeyd etdi.
Onun sözlərinə görə, ABŞ Avropa ilə birlikdə ortaq bir gələcək qurmaq niyyətindədir.
Eyni zamanda, ABŞ dövlət katibi Çinlə gərginliyin qaçılmaz olduğunu bildirdi - təkcə Vaşinqton üçün deyil, bütün Qərb üçün. O, bunların həlli yollarını tapmağın və münasibətlərdə daha da gərginləşmənin qarşısını almağın vacibliyini vurğuladı.
Rubio qeyd edib ki, ABŞ və Avropanın Qərb sivilizasiyasını müdafiə etmək və qlobal təhdidlərin öhdəsindən gəlmək üçün birlikdə işləməyə davam etməli olduğunu bildirdi. O, Qərb və Şərq arasındakı əməkdaşlığın eyforiyasının təhlükəli xəyallara səbəb olduğunu və indi reallığı qəbul etməyin vaxtı olduğunu iddia etdi: "Biz beynəlxalq hüququn və sülhün qalib gələcəyini düşünərək insanlıq tarixini görməzdən gəldik. Bu, səhv idi."
Rubio ABŞ-ın Avropa ilə işləməyə hazır olduğunu, lakin lazım gələrsə müstəqil hərəkət edə biləcəyini vurğuladı: "Bunu təkbaşına edə bilərik, amma bunu Avropadakı dostlarımızla etməyə üstünlük veririk." O, ABŞ və Avropanın taleyinin həmişə bağlı olacağını və "Amerikanın Avropa ilə ortaq irsimizlə fəxr etdiyini" qeyd etdi.
Rubio, onun fikrincə, Avropa cəmiyyətlərinin sabitliyini və mədəniyyətini təhdid edən kütləvi miqrasiya dalğasına xüsusi diqqət yetirdi: "Sərhədsiz bir dünyaya can ataraq, cəmiyyətlərimizin qeyri-sabitliyinə səbəb olan miqrasiyanın qapısını açdıq." O, həmçinin BMT-nin hərəkətlərini pisləyərək, təşkilatın Qəzza və Ukraynadakı müharibələrin həllində heç bir rol oynamadığını və Amerika liderliyinin tələb olunduğunu iddia etdi.
Rubio yeni münaqişənin yaranma ehtimalı barədə xəbərdarlıq etdi və NATO-nun gücləndirilməsinin vacibliyini vurğuladı: "Biz NATO-nun parçalanmasını istəmirik, istəyirik ki, o daha güclü olsun." O, həmçinin Rusiyanın Ukraynadakı müharibəyə son qoymaq niyyətinə şübhə ilə yanaşdığını bildirdi və qeyd etdi ki, ABŞ-ın səylərinə baxmayaraq, münaqişənin həlli üçün "ən çətin məsələlər qalır".
Çıxışını yekunlaşdıran ABŞ dövlət katibi hər iki tərəfin güclü tərəfdaşlığı qorumasının və süni intellekt sahəsində də daxil olmaqla, iqtisadi və texnoloji inkişaf üzərində işləməyə davam etməsinin vacib olduğunu bildirdi: "Biz özümüzü təcrid etmək istəmirik, amma beynəlxalq institutlarda islahatlar aparılmalıdır."
3 dəqiqə