Ukrayna və Macarıstan təhlükəsizlik sazişi imzalamayıblar
Bu barədə Volodimir Zelenski ASB-ın Budapeştdə keçirilən sammitində bildirib
Macarıstanın Ukraynanın NATO-ya qəbulunu dəstəkləməkdən imtina etməsi səbəbindən Ukrayna və Macarıstan ikitərəfli təhlükəsizlik sazişi imzalamayıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bizim üçün Aİ-də Ukraynaya, Macarıstanın isə NATO-da Ukraynaya dəstəyi vacibdir. Sənəddə hazırda NATO-da Macarıstanın Ukraynaya dəstəyi yoxdur. Belə olmadığı üçün bu sənəd imzalanmır. Məsələ bundadır”, - Zelenski bildirib.
Ukrayna ABŞ, İngiltərə və bəzi digər NATO ölkələri ilə də oxşar sazişlər imzalayıb. Bütün bu sazişlər Ukraynanın müttəfiqlərinə hücum edildiyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinin öz ərazilərini müdafiə etməyə borclu olacağını nəzərdə tutur – bununla belə, sazişlərin heç birində Ukraynaya hücum zamanı birbaşa hərbi yardım nəzərdə tutulmur.