XƏBƏRLƏR / Siyasət

Aİ İranla bağlı şəxs və qurumlara yeni sanksiyalar qoydu

Bununla bağlı məlumatı Fransa xarici işlər naziri Jan Noel Barro verib

Aİ İranla bağlı şəxs və qurumlara yeni sanksiyalar qoydu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası Avropanın maraqlarını təhdid edən şəxslərə və qurumlara sanskiyaları təsdiq edib.

    Bununla bağlı Fransa xarici işlər naziri Jan Noel Barro məlumat verib.

    Belə ki, sanksiyaya məruz qalanların arasında doqquz iranlı şəxs və qurum var.

    Onlar Avropa ərazisində terrorizmi yaymaqda günahlandırılır.

    Fransa XİN rəhbəri Rusiyaya qarşı sanksiyaların da tezliklə təsdiqlənəcəyinə ümid etdiyini bildirib.