Əliyev və Lukaşenko Qarabağa gediblər YENİLƏNİR
Belarus Prezidentinin rəsmi Teleqram kanalı məlumat yayır FOTO/VİDEO
19:35
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıb
lar.
***
Əliyev və Lukaşenko Cıdır düzündə olublar.
***
Prezidentlər Şuşadakı Bülbülün ev-muzeyində olublar. Onları Polad Bülbüloğlu qarşılayıb.
***
Aleksandr Lukaşenko Şuşaya "Belarus" traktorlarını hədiyyə edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.
***
12:00
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublar.
***
İlham Əliyev Lukaşenkonu Füzuli beynəlxalq hava limanında qarşılayıb. VİDEO
***
10:55
Belarus Prezidentinin Teleqram kanal:
"Birincinin təyyarəsi Füzuli hava limanına enib - hava limanı paytaxtı Qarabağla birləşdirir."
***
10:31
Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidmətinin Teleqram kanalında bu barədə dolayısı ilə məlumat verilib:
"Birincinin Azərbaycana səfəri davam edir.
Bu gün prezidentlər ölkənin regional mərkəzlərindən birinə səfər edəcəklər.
Hansı? - mütləq bir azdan deyəcəyik" yazılıb.
Şuşadan aldığımız məlumata görə, Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko artıq Şuşadadırlar.