Macarıstan AŞ-nın Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib
Macarıstan Avropa Şurasının Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz "Facebook" səhifəsində məlumat verib.
"Nüvə müharibəsi fantaziyası əvəzinə, nəhayət, real sülh danışıqlarına ehtiyacımız var. Həqiqi sülh danışıqları yalnız bütün tərəflər masa arxasında olarsa baş verə bilər", - o yazıb.
Siyartonun sözlərinə görə, vetoya səbəb bu qətnamənin yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulu”nun tanınmasını nəzərdə tutmasıdır.
“Bu, bizim üçün qəbuledilməzdir, başqaları da Ukrayna Prezidentinin planından pis olmayan sülh planları hazırlayıblar”.