Ermənistanın silahlandırılması sülh prosesinə zərbə vurur
Bunu Baş nazir Əli Əsədov Hindistanın ticarət və sənaye naziri Anupriya Patellə görüşdə deyib
Oktyabrın 25-də Azərbaycanın Baş naziri Əli Əsədov Hindistanın ticarət və sənaye naziri Anupriya Pateli qəbul edib.
Rəsmi məlumata görə, tərəflər Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasına və iclasın yekunlarına görə imzalanmış sənədləri yüksək qiymətləndiriblər.
Əsədov qonağa İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyət və Bakı və Yerevan arasında danışıqların hazırkı vəziyyəti haqqında məlumat verib. O, həmçinin qeyd edib ki, sülh müqaviləsinin bağlanması üçün bütün şərtlər var.
Daha sonra o, Ermənistana Hindistandan silah tədarükünün vəziyyətə mənfi təsirinə eyham edib: "Belə həssas zamanda Ermənistanın fəal şəkildə silahlandırılması sülh prosesinə ciddi zərbə vurur, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün yeni təhlükələr yaradır", - deyə Əsədov bildirib.