Aİ və Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur
Bunu Avropa İttifaqının Bakıdakı səfiri Mariyanna Kuyundziç bildirib
Aİ və Azərbaycan münasibətlərinin yeni mərhələsinə qədəm qoyur.
Avropa İttifaqı və Azərbaycan münasibətlərinin yeni mərhələsinə qədəm qoyur və bu mərhələ ən yüksək səviyyədə intensivləşib. Bu barədə Aİ-nin Bakıdakı səfiri Mariyanna Kuyundziç Beynəlxalq Münasibətlər və Multikulturalizm Təhlili Mərkəzi və LINKS Avropa Fondu tərəfindən Bakıda təşkil edilən dəyirmi masa müzakirəsində bildirib. Onun sözlərinə görə, bu il başlayan yeni ikitərəfli saziş üzrə danışıqlar sentyabrın sonuna qədər davam edəcək.
Kuyundziç yüksək səviyyəli əlaqələrin intensivləşməsini xüsusilə qeyd edib: doqquz ay ərzində üç Avropa komissarı, Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Antoniu Kosta və Ursula fon der Lyayen, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ölkəyə səfər edib.
1 dəqiqə