XƏBƏRLƏR / Siyasət

Nikol Paşinyan Fransaya 2 günlük səfərə yollanıb

Ermənistanın Baş naziri Fransa Prezidenti Emanuel Makronla görüşəcək

Nikol Paşinyan Fransaya 2 günlük səfərə yollanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfərdə olacaq.

    Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda deyilir ki, səfər çərçivəsində Baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

    Oktyabrın 30-da Paşinyanın Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşü nəzərdə tutulub.