XƏBƏRLƏR / Siyasət

Sabah Donald Trampla Si Cinpin Cənubi Koreyada görüşəcəklər

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb

Sabah Donald Trampla Si Cinpin Cənubi Koreyada görüşəcəklər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin ikitərəfli münasibətləri və ortaq maraq doğuran məsələləri müzakirə etmək üçün oktyabrın 30-da Busan şəhərində görüşəcəklər.

    Nazirliyin veb saytında yerləşdirilmiş açıqlamaya görə, "Çin və ABŞ arasında razılığa əsasən, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş oktyabrın 30-da Koreya Respublikasının Busan şəhərində keçiriləcək".

    Nazirlik qeyd edib ki, Si Cinpin Trampla Çin-ABŞ münasibətlərinin əsas aspektlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək niyyətindədir.

    Ağ Evin mətbuat katibi Kerolin Livit oktyabrın 23-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib ki, Amerika liderinin Si Cinpinlə görüşü onun Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərlərini əhatə edən "Asiya turnesi"nin "son akkordu" olacaq.

    Oktyabrın 28-də Tramp Çin lideri ilə görüşündən sonra Çin idxalına tarifləri azaltmaq planlarını açıqlayıb.