Tokayev Paşinyanla telefonla danışıb
Qazağıstan Prezidenti Ermənistanın baş naziri ilə münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə potensialın reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Paşinyanın Tokayevi Ermənistana rəsmi səfərə dəvət etdiyi də bildirilir. Qazaxıstan Prezidenti dəvəti qəbul edib.