Ermənistan XİN: Əliyevlə Paşinyanın görüşü uğurlu olub
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib

Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın nazirliyin "Telegram" kanalında dərc olunan açıqlamasında bildirilir.
"Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər", - A.Badalyan qeyd edib.
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkənin sülh gündəliyinin müzakirəsi üçün görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.