Moskvadakı paradda hansı dövlət başçıları olacaq
Rusiya paytaxtına əsasən KTMT üzvü olan ölkələrin rəhbərləri toplaşır
Rusiya informasiya agentlikləri 9 may Qələbə gününə həsr olunmuş paradda hansı dövlət başçıları iştirak edəcəkləri haqda dəqiq məlumat vermirlər.
Müxtəlif mənbələrdən alınan məlumatlara görə Qırmızı meydandakı hərbi paradda qonaq qismində Qazaxstan Prezidenti K-J. Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmoməli Raxmon və Eermənnistanın Baş naziri Nikol Paşinyan iştirak edəcəklər.
Belarus Prezidentinin Moskvaya gələcəyi haqda hələ məlumat yoxdur. Aleksandr Lukaşenko ənənəvi olaraq 9 may Qələbə gününü Minskdə keçirilən hərbi paradda qeyd edir. Lakin DW Belarus yazır ki, mayın 9-da səhər Minskdə Qələbə Meydanında gül dəstələri qoymaq və veteranları təbrik etmək planlaşdırılırdı. Amma mərasim saat 19.00-dək təxirə salınıb. Belarus Prezidenti də Moskvaya yollana bilər.
Beləliklə, Rusiya paytaxtına əsasən KTMT üzvü olan ölkə başçıları toplaşır.
Bir az əvvəl Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, qondarma "Abxaziya" və "Cənubi Osetiya" liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib.