Ceyhun Bayramov Belçikanın xarici işlər nazirini qəbul edib
Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb FOTO
17:37
Görüş zamanı ikitərəfli iqtisadi əlaqələrdən söhbət aparmışıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadija Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 2022-ci ildə ticarət döriyyəsi 80 milyon ABŞ dolları olub. Biz Belçikaya 250 milyon dollar investisiya qoymuşuq. Belçika isə ölkəmizə 120 milyon ABŞ dollar investisiya yatırıb", - nazir bildirib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi qəbul edib.
Nazirlər əvvəlcə təkbətək müzakirə aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Nazirlər regional məsələləri, eləcə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edirlər.