Putin Sankt-Peterburqda Paşinyanı qəbul edib FOTO
Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşündə bildirib ki, Moskva ilə Yerevan arasında münasibətlər inkişaf edir və ticarət dövriyyəsi yaxşılaşıb. (kremlin.ru)
Rusiya lideri qeyd edib ki, Rusiya və Ermənistanın nüvə enerjisi də daxil olmaqla enerji sahəsində əməkdaşlıq üçün yaxşı planları var.

"Bizim yaxşı planlarımız var. Biz nüvə enerjisi də daxil olmaqla enerjini müzakirə etdik. İndi təfərrüatlara varmayacağıq, amma müzakirə etmək və danışmaq üçün fürsət var", - deyə Putin bildirib.

Paşinyan öz növbəsində bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq.
Paşinyan ölkəni Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının mümkün bərpası üçün hazırlıq işlərinin zəruri olduğunu bildirib.
"Ölkəmiz həmçinin müəyyən dəmir yolu hissələrinin bərpası üçün gündəm hazırlayıb. Xüsusilə, bu, İcevan, Yerasx və Axurik hissələrinə aiddir. Bunlar Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarıdır. Kifayət qədər aktiv siyasi proseslər gedir.
Hazırda bu dəmir yollarının yenidən açılması ilə bağlı hər hansı siyasi qərarların olduğunu deyə bilmərəm, amma inanıram ki, vəziyyət hazırlıq işlərinin zəruri olduğu nöqtəyə çatıb", - deyə baş naziri bildirib.
1 dəqiqə