Andjey Kasprşik Bakıya da gəlməyi planlaşdırıbmış VİDEO
Bu barədə məlumatı Ermənistanın İctimai Televiziyası yayıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik Laçınla sərhəddə yerləşən Ermənistanın Kornidzor kəndinə səfər edib.
Bu barədə məlumatı Ermənistanın İctimai Televiziyası yayıb.
Bildirilir ki, səfərdə məqsəd “Laçın yolundakı vəziyyətlə bağlı daha ətraflı təsəvvür əldə etmək” olub.
Ermənistan KİV-in məlumatına görə, Kasrşik ATƏT sədrinin göstərişi əsasında avqustun 22-si Ermənistana səfər edib, İrəvanda ölkənin XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.
İddiaya görə, Kaspşik Ermənistanla yanaşı, Azərbaycana da səfər etməyi planlaşdırsa da, Bakı onu qəbul etməkdən imtina edib.