XƏBƏRLƏR / Siyasət

Bakı-İrəvan münaqişə vəziyyətinə hələ də son qoyulmayıb

Rusiya XİN müavini Mixail Qaluzin hesab edir ki, RSK Qarabağda qalmalıdır

Bakı-İrəvan münaqişə vəziyyətinə hələ də son qoyulmayıb
Mixail Qaluzin
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər.

    Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RBK"-ya bildirib.

    Qaluzinin sözlərinə görə, Moskva 12 oktyabrda MDB-nin Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

    Nazir üavini vurğulayıb ki, münaqişə vəziyyətinə hələ də son qoyulmayıb.

    Və burada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksi aktual olaraq qalır. Söhbət Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası ilə onun sonrakı demarkasiyası, sülh müqaviləsinin imzalanması və ictimai xadimlər, ekspert icmaları, Azərbaycan və Ermənistan parlamentariləri arasında əlaqələrin qurulması kimi mühüm komponentlər üzrə razılaşmaların əldə edilməsindən gedir.

    "Rusiya sülhməramlı kontingentinin (RSK) missiyasına  olduqca çox tələbat qalır," - nazir müavini deyib.